ABŞ-da həyat yoldaşını güllələyən erməni hadisə yerindən qaçıb

ABŞ-da həyat yoldaşını güllələyən erməni hadisə yerindən qaçıb

ABŞ-ın Los-Anceles şəhəri ətrafında yerləşən Taxanqa şəhərciyində erməni əsilli ABŞ vətəndaşı həyat yoldaşını güllələyib və daha sonra hadisə yerindən qaçıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu yerli polis idarəsinin təmsilçisi Frenk Deperno bildirib.

Məlumata görə, adları açıqlanmayan ər-arvad arasında mübahisə düşüb. Nəticədə ər odlu silahdan açdığı atəşlə həyat yoldaşını çiynindən yaralayıb. Bundan sonra erməni ər evin pəncərəsini daşa basıb. Həmin vaxt evdə uşaq olub, amma o, xəsarət almayıb.

Hadisədən sonra kişi qaçıb. Polis bildirib ki, həmin şəxs silahlıdır. Onun barəsində axtarış elan edilib və tutulması istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az