Rusiya paytaxtı Moskvanın Nikulinsk Məhkəməsində "qanuni oğru"lar Zaxari Kalaşov ("Şakro Molodoy") və onun ən yaxın silahdaşı sayılan Andrey Koçuykova (ləqəbi "İtalyan") hökm oxunub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "Şakro Molodoy" 9 il 9 ay azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. "İtalyan"a isə 8 il 9 ay həbs cəzası verilib. Hər iki şəxs başqasının əmlakını zorla ələ keçirməkdə ittiham olunublar.
Onlarla birlikdə mühakimə olunan 9 nəfər isə 7 il 4 aydan 9 il 4 ayadək azadlıqdan məhrum ediliblər. Onlardan heç biri məhkəmədə özlərini günahkar saymayıblar.
Məhkəmənin təqsirləndirilən şəxslərə verdiyi cəza prokurorun istədiyindən bir qədər az olub.
Qeyd edək ki, iş üzrə zərərçəkənlər kimi "Elements" restoranının direktoru Janna Kim və sahibkar Lev Qaramov tanınıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































