Putinin düşməni ABŞ-da necə ölüb?

Putinin düşməni ABŞ-da necə ölüb?

ABŞ xüsusi xidmət orqanları Rusiyanın keçmiş informasiya naziri Mixail Lesinin Vaşinqtonda muzdlu qatil tərəfindən öldürüldüyünü düşünür.

Mediainfo. az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın "BuzzFeed" saytı yayıb. Federal Təhqiqatlar Bürosunun bu məsələni araşdırmaq üçün ABŞ Prezidenti Donald Trampla bağlı qalmaqallı dosye hazırlayan Britaniya kəşfiyyatının keçmiş əməkdaşı Kristofer Stilə müraciət etdiyi bildirilib.

Stil apardığı araşdırmadan sonra Lesinin qətlə yetirildiyi qənaətinə gəlib. Onun fikrincə, Putinin yaxın ətrafında olan oliqarxlardan biri Lesinlə mübahisədən sonra Vaşinqtonda bir neçə nəfər tutaraq, keçmiş nazirə "dərs verməyi" tapşırıb. Lesini ələ keçirən muzdlular onu öldürməməyə cəhd ediblər, lakin eks-nazir aldığı zədələrdən vəfat edib.

Qeyd edək ki, Lesin 2015-ci ilin noyabrında Vaşinqtondakı "Dupont" otelində ölü vəziyyətdə tapılıb. Amerika polisi onun sərxoş vəziyyətdə pilləkənlərdən yıxıldığını və aldığı travmalardan öldüyünü bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az