Bakıda marşrut avtobusunda qadın sərnişin sürücünü döyüb.
Bu gün səhər saatlarında 79 saylı marşrut üzrə hərəkət edən avtobus Tbilisi prospekti ilə metronun "20 yanvar" stansiyası istiqamətində işıqforun qırmızı işığında dayanıb. Bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücü isə yaşıl işığın yanmasını gözlədiyini deyib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücüyə yumruqla zərbə endirib. Sürücünün bildirdiyinə görə, həmin şəxslər marşrutun son dayanacağına gələrək mübahisəni davam etdiriblər və dava-dalaş salmağa çalışıblar.
79 saylı xətt üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Xaliq Faiqoğlu "şirkəti məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirib.(lent.az)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






















.jpg)










.jpg)
















.jpg)


