Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 934-də yerləşən "Ambassador Hotel"də qeydə alınıb.
Mediainfo.az-ın "Ölkə.az"a istinadən verdiyi məlumata görə, otelə dincəlməyə gələn İraq vətəndaşı Məhəmməd Qədim Arrak Arzu adlı qadınla otelə dincəlməyə gəlib.
Bir az keçdikdən sonra isə Arzu iraqlının sərxoş olmasından istifadə edərək onun bahalı mobil telefonunu və pul kisəsini oğurlayaraq aradan çıxıb.
Səhər ayılan ərəb turist dərhal polisə məlumat verib. Cinayət baş verən otelə 20-ci Polis Bölməsinin əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar.
Zərərçəkənin və otel əməkdaşlarının izahatları alınıb. Hazırda əcnəbi vətəndaşa qarşı oğurluq edən qadının axtarışlarına başlanılıb.
"Ambassador Hotel"dən baş vermis cinayətə münasibət öyrənmək istəsək də, cəhdlərimiz boşa çıxdı.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































