Nizami rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
Report xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.
1953-cü il təvəllüdlü Sarıyev Tofiq Əmrah oğlu 8-ci km bazarının qarşısından yolun digər tərəfinə keçərkən onu qara rəngli minik avtomobili vurub. Piyada ağır xəsarət alıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Yaralının yaxınlarının verdiyi məlumata görə, hadisəni törədən sürücü özünü polis əməkdaşı kimi təqdim edib. Daha sonra yaralıya lazımı yardım göstəriləcəyini bildirirək, hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































