Rusiya Milli Antikorrupsiya komitəsi ötən il ölkədə ödənilmiş rüşvətin ümumi miqdarının üçqat artaraq $119 milyona çatdığını bildirib.
Mediainfo.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Korrupsiya əleyhinə Transparency International beynəlxalq təşkilatın qlobal rüşvətxorluğa dair təhlilində qeyd olunduğu kimi, 2017-ci ildə Rusiyada hər 3 vətəndaşdan biri dövlət qulluqçularına göstərilən xidmətə görə rüşvət ödəyib.
Transparency International Rusiya təşkilatının son Korrupsiya Qavrama İndeksi sıralamasında Rusiya 180 ölkə arasında 135-ci yeri tutub
"2017 -ci ildə verilmiş rüşvətin ümumi miqdarı 6,7 milyard rubl ($119 milyon) təşkil edib," - RIA Novosti xəbər agentliyi Antikorrupsiya Bülleteninə istinad edərək bildirib.
2016-cı ildə komitənin qeydə aldığı rüşvətin həcmi 2,3 milyard rubl ($41 million) təşkil edib, agentlik qeyd edib.
RBC biznes portalı Transparency International təşkilatının Rusiya şöbəsinin rəhbəri İlya Şumanova istinadən bildirib ki, 7 milyard rubl "aysberqin yalnız görünən zirvəsidir".
"Təxminən elə bu miqdarda da pul Daxili İşlər Nazirliyinin polkovniki Dmitry Zaxarçenkonun otağında tapılıb", - Şumanov antikorrupsiya polisinin keçmiş əməkdaşı ilə bağlı qaldırılmış cinayət işinə istinad edərək bildirib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə























.jpg)










.jpg)
















.jpg)

