Mingəçevir şəhərində törədilən oğurluq hadisəsinin üstü açılıb, qızıl mağazasından böyük məbləğdə əşyalar oğurlayan şəxs saxlanılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhər sakini Adil Yusifov ötən il oktyabrın 25-də Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək ona məxsus mağazadan günorta saatlarında ümumi dəyəri 100 min manat olan qızıl-zinət əşyaların oğurlanması barədə müraciət edib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs, əvvəllər məhkum olunmuş Mingəçevir sakini Elnur Mahmudov Bakının Səbail rayonunda saxlanılıb. Onun kirayə yaşadığı evə baxış keçirilən zaman oradan qızıl əşyalar və onların bir hissəsini sataraq əldə etdiyi 4 min manat pul maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































