Bazar günündən evdəyəm. Oğlan evi məni qaçırıb, İsmayıllıda gizlətmişdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Ağcabədi rayonunda qaçırılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsi Sevinc Musayeva deyib.
Onun sözlərinə görə, hazırda evlərinə qayıdıb: "Evimiz polis nəzarətindədir".
Sevin Musayevə necə xilas olduğundan da danışıb: "Oğlan evi məni İsmayıllıda gizlətmişdi, oradan da müxtəlif yerlərə aparırdılar. Gördüm məni ailəmə vermək fikirləri yoxdur. Bilirdim ki, valideyinlərim narahatdır. Beynimə bir çıxış yolu gəldi. Onları aldatdım. Dedim ki, məni axtarırlar. Gedək polis şöbəsinə, orada izahat yazım ki, mən öz istəyimlə gəlmişəm. Onlar da mənə inandı. Polis şöbəsinə girəndə qışqırmağa başladım. Dedim ki, mən bu oğlanı istəmirəm, məni məcbur aparıblar, onunla ailə qurmaq istəmirəm. Məni xilas edin. Əgər məni onlara versəniz, özümü öldürəcəm. Bunu eşidən polis hadisəni araşdırdı, məni qaçıran oğlanı tutdular".
Sevinc Musayeva bildirib ki, digər 6 nəfər də axtarışdadır: "Onlar da tutulandan sonra rahat nəfəs alacam və universitetdəki dərslərimə davam edəcəm. Dünən oğlanın ailəsi qapımıza gəlmişdi, amma polisə görə içəri girə bilmədilər. Orada olduğum 8 gün müddətində məni israrla bu izdivaca razı salmağa çalışırdılar. Amma bilirdilər ki, razı deyiləm".
Qeyd edək ki, fevralın 22-də Ağcabədi rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsi Sevinc Musayeva qaçırılmışdı. Hadisə qız universitetdən evə qayıdarkən baş vermişdi. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb və qaçırıblar.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































