Avtobus dayanacağında avtomobilini saxlayan sürücünün "Bakı Bus" sürücüsünü nalayiq söyüşlərlə təhqir etdiyini əks etdirən video yayılıb.
Bakı Bus MMC-dən Axar.az-a verilən məlumata görə, hadisə fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən "Bakı Bus"a məxsus 99 JX 256 dövlət qeydiyyat nişanlı avtobusun "Neftçilər" metrostansiyasındakı dayanacağına daxil olarkən baş verib.
99 AL 789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtomobilini avtobuslar üçün nəzərdə tutulan dayanacaqda saxlayıb. Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib. Həmçinin o, ona iradını bildirən avtobus sürücüsünə hədə-qorxu gələrək, onu təhqir edib.
Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edib ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































