Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzinin yanında 2 qadına qarşı cibgirlik cinayəti baş verib.
Gülafət Əliyeva adlı qadın 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, 211 saylı marşrut avtobusunda pul kisəsi oğurlanıb. Şikayətçinin sözlərinə görə, pul kisəsində 1000 manat pul olub.
Eyni gündə analoji şikayətlə Nurlana Mirzəyeva adlı qadın da müraciət edib. 2-ci zərərçəkən ilkin izahatında marşrut avtobusundan düşüb ticarət mərkəzində alış-veriş etmək istəyən zaman içərisində 300 manat pul olan kisəsinin yoxa çıxdığını görüb.
Hazırda hər iki faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Cibgirlərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzinin yanında 2 qadına qarşı cibgirlik cinayəti baş verib.
"Ölkə.Az"a verilən məlumata görə, Gülafət Əliyeva adlı qadın 10-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, 211 saylı marşrut avtobusunda pul kisəsi oğurlanıb. Şikayətçinin sözlərinə görə, pul kisəsində 1000 manat pul olub.
Eyni gündə analoji şikayətlə Nurlana Mirzəyeva adlı qadın da müraciət edib. 2-ci zərərçəkən ilkin izahatında marşrut avtobusundan düşüb ticarət mərkəzində alış-veriş etmək istəyən zaman içərisində 300 manat pul olan kisəsinin yoxa çıxdığını görüb.
Hazırda hər iki faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Cibgirlərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.olke.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə



.png)






















.jpg)










.jpg)















