Şabran rayonunda itkin düşən kimi qeydiyyatda olan gəncin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Mərhumun atası Siyasət Əzimovun ölkə.az-a verdiyi açıqlamaya görə, oğlu 2000-ci il təvəllüdlü Elton Əzimov fevral ayının 23-də itkin düşüb, 26 tarixində isə polisə müraciət edib. Martın 3-də isə yaşadıqları Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə oğlunun meyiti tapılıb:
"Hadisənin nədən baş verdiyi bizədə məlum deyil. 1 aydan artıq idi ki, Şabranda mənimlə birgə üzüm sahəsində işləyirdi. Heç bir problemi yox idi".
Qeyd edək ki, Elton Əzimov uşaq ikən anası rəhmətə gedib, bundan sonra atası başqa qadın ilə ailə həyatı qurub. E.Əzimovu kənddə nənəsi böyüdüb. Yanvar ayında hərbi xidmətə getməli idi, ayağında yanıq xəsarəti oduğundan əskərliyə aparmayıblar. Aprel ayında əskər getməli idi.
Faktla bağlı Şabran rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































