Tam 41 il öncə bu vaxtlar, stabil sovet dövlətinin asudə paytaxtı Moskvada silsilə terror aktları törədilib. O vaxtlar təlafatlı istehsalat, təyyarə, dəmiryol qəzaları, eləcə də terror aktları barədə sovet ictimaiyyətinə məlumat verilmədiyindən Xabarovskdan Kalininqrada, Arxangelsdən Kuşkaya, Astaraya qədər böyük "sovet xalqı" bu dəşətli hadisədən xəbər tutmayıb.
Ancaq Moskvada bir çoxları bu hadisədən xəbərdar idi, xüsusilə də paytaxt əhli nəyin baş verdiyini ağızdan-ağıza olasa eşidib bilmişdilər. Hüquq-mühafizə orqanları isə terror aktlarını kimlərin törətdiyini müəyyən etmişdilər.
Bunlar ermənilər idi.
Bu, o illər idi ki, erməni terrorçuları Parisdən Los-Ancelesə, Beyruta, Londona, Bonna qədər dünyanın və Avropanın bir çox şəhərlərində türkiyəli diplomatlara qarşı "ov" kampaniyası aparır, cürbəcür terror aktları törədirdilər.
Onların adları qulaqlarına dəymişdi. Bir çox ölkələrdə dövlət səviyyəsində himayə gördüklərindən fəaliyyət dairələrini gündən-günə genişləndirir, bir çox kəşfiyyat dairələrinin əlində maşaya dönürdülər.
1977-ci ildə Moskvada törədilən ilk terror aktlar yanvarın 8-də baş vermişdi. Axşam saat 17.33-də, camaatın işdən çıxıb evinə getdiyi zaman "İzmaylovskaya" və "Pervomayskaya" metrostansiyalarının arasında partlayıcı qurğu işə salınmış, güclü partlayış baş vermişdi.
Daha sonra saat 18.05-də SSRİ DTK-sının binası yaxınlığında Dzerjinski küçəsində (indiki Böyük Lubyanka) yerləşən 15 saylı ərzaq mağazasında partlayış törədilmişdi. Saat 18.10-da Oktyabrın 25 illiyi (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşmüşdü.
Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
(Metro vaqonlarında törədilən terror aktları azərbaycanlılara tanış gəlməlidir. Ermənilə bu terakt növündən 1990-cı illərin ortalarında Bakıda da bir neçə dəfə istifadə etdilər).
***
Bu, açıq-aşkar terrorizm idi və sovet dövləti üçün müdhiş və gözlənilməz bir cinayət növüydü.
Cinayətkarların axtarışı üçün SSRİ prokurorluğunun, Daxili İşlər Nazirliyinin və DTK-nin ən təcrübəli müstəntiqləri cəlb olunmuşdular. 500-dən artıq şahidin ifadələri alınmışdı. Lakin onlardan heç biri terrorçuların zahiri görkəmini dəqiq izah edə bilməmişdilər.
Çox keçmədən partlayıcı qurğunun qalıqlarını yığan müstəntiqlər bombaların hazırlanmasında istifadə olunan detalları və materialları müəyyən edirlər. Detallar və materiallar əsasən üç şəhərdə istehsal olunmuşdu. Bunlar Xarkov, Yerevan və Rostov-na-Donu şəhərləri idi. Terror aktlarının erməni millətçiləri tərəfindən təşkil oluna biləcəyini versiyası beləcə yarandı.
1977-ci ilin oktyabr ayının sonunda terrorçular daha bir terror aktının keçirilməsini gərara alırlar və bu məqsədlə Moskva şəhərinə Kursk dəmiryol vağzalına gəlirlər. Geri qayıtmaq üçün Moskva – Yerevan qatarına bilet alaraq onlar partlayıcı qurğu olan çantanı vağzalın gözləmə zalında qoyaraq zaldan çıxırlar. Bir neçə dəqiqə sonra yiyəsiz çanta sərnişinlərdən birinin diqqətini cəlb edir, sərnişin çantaya baxır və buradakı qəribə qurğunu və naqilləri görərək milisə xəbər verir. İstintaq baxışı zamanı dəyərli maddi sübutlar əldə olunur: İrəvanda istehsal olunmuş göy idman gödəkçəsi və papaq. Papağın içərisində əməliyyatçılar bir neçə qara rənqli insan saçı aşkar edirlər.
Dərhal əməliyyat-axtarış tədbirləri başlanır və bir müddətdən sonra Gürcüstanla Ermənistanın sərhədində Moskva – Yerevan qatarının üçüncü vaqonunda qara saçlı, əynində gödəçəsi olmayan goy idman şalvarı olan bir nəfər saxlanılır. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun sənədlərinin və baqajının olmaması aşkar olunur.
Saxlanılan şəxs İrəvanda fəhlə işləyən Akop Stepanyan idi (1949-cu il təvəllüdlü). Onunla birgə dostu – rəssam Zaven Baqdasaryan (1954-cü il təvəllüdlü) da saxlanılır. Stepanyan və Baqdasaran Moskva şəhərinə səyahətlərinin məqsədini və səbəbini tam aydın izah edə bilmirlər. Saxlanıldıqdan sonra onları İrəvana göndərirlər. Daha sonra Stepanyanın anası bombanın olduğu çantanı tanıyır və o çantanın oğluna məxsus olduğunu təsdiq edir, saxlanılan şəxslərin evində aparılan axtarışlar zamanı digər maddi sübutlar da aşkar olunaraq götürülür.
İstintaqın verdiyi məlumata görə, terror aktlarının əsas təşkilatçısı və rəhpəri Stepan Zatikyan olub, Baqdasaryan və Stepanyan isə bu terror aktlarının birbaşa icraçıları idilər. Dindirilmələri zamanı Baqdasaryan və Stepanyan demişdilər ki, onlar Zatikyan tərəfdən hədə-qoru yolu ilə onun təsiri altına düşüb bu cinayəti törədiblər, onu da vurğulayıblar ki, Zatikyan həbsdə olarkən (antisovet fəaliyyətinə görə) millətçilik ideyalarının əsirinə çevrilmiş və "ermənləri əzdikləri üçün" ruslardan intiqam almağa çağırırdı.
Stepan Zatikyan və "Ermənistan birləşmiş milli partiyası"
Stepan Seqobovic Zatikyan məktəbi qızıl medalla bitirmiş, 1966-cı ildə İrəvan Politexnik İnstitutunun tələbəsi olarkən rəssam Aykanuz Xaçatryan və tələbə Şaqen Arutunyan ilə birgə qeyri leqal "Ermənistan birləşmiş milli partiyası"nı təsis edir. Partiya millətçi bir güvvə olaraq öz məqsədi kimi Türkiyənin şərq vilayətləri və Ermənistan SSR-in ərazisində müstəqil Ermənistan dövlətinin qurulmasını və plebistit yolu ilə Ermənistanın Sovet İttifaqının tərkibindən çıxmasını öz qarşısına məqsəd kimi qoyur. Qrup aktiv qizli fəaliyyətə başlayır və onlara məxsus gizli mətbəədə "Paros" qazetini dərc edir.
1968-ci ildə "partiya" üzvlərini həbs edirlər, antisovet fəaliyyətinə və təbliğatına görə həbsxana cəzasına layiq görürlər. 1972-ci ildə həbsdən azad olunduqdan sonra Zatikyan İrəvan elektromexanika zavodunda transformator sexində işləməyə başlayır. 1975-ci o, sovet vətəndaşlığından imtina və SSRİ-nı tərk etmək istəyi barədə rəsmi orqanlara müracət edir, lakin onun müraciətinə rədd cavabı verilir. Moskvada terror aktının keçirildiyi zaman Zatikyan evli və iki uşaq atası idi.

Məhkəmə prosesi
Məhkəmə prosesi SSRİ Ali Məhkəməsində 16-20 yanvar 1979-cu il tarixlərində keçirilib.
Məhkəmədə Zatikyan oz günağını boynuna almayıb, Stepanyan özünü qismən günahkar bilərək Zatikyanın iştrakını təkzib edib, Baqdasaryan isə istintaqın bütün ittihamlarını qəbul etmişdi.
İttiham olunanların məhkəmədəki çıxışlarının video yazısı mövcuddur. Çıxışlardan birində Zatikyan bu sözləri deyib:
"Mən dəfələrlə demişəm ki, mən sizin qurduğunuz məhkəmədən imtina edirəm və heç bir müdafiəçiyə də ehtiyacım yoxdur. Mən özüm müttəhim yox, ittihamçıyam. Sizin məni mühakimə etmək səlahiyyətiniz yoxdur, çünki rus-yəhudi imperiyası ozü hüquqi dövlət deyil. Bunu qəti olaraq bilmək lazımdır".
Zatikyan öz son sözünü erməni dilində çağırış ilə tamamlayıb:
"Başqalarına deyin ki, bizə qalan yalnız intiqamdır! İntiqam və bir daha intiqam!".
Yanvarın 24-də məhkəmənin qərarı ilə hər üç müttəhim güllələnmə cəzasına layiq görülüb.
Yanvarın 30-da SSRİ Ali Sovetinin rəyasət heyəti terrorçuların əfv olunma haqda verdiyi xahişi rədd edir və həmin gün məhkəmənin hökmü yerinə yetirilib.
Ermənistan rəhbərliyi hər imkandan istifadə edərək bu faktı ictimaiyyətdən gizlətməyə çalışır. DTK-nın 5-ci idarəsinin keçmiş rəisi Filip Bobkovun dediyinə görə, Ermənistanın rəhbəri Karen Dəmirçyanın göstərişi əsasında erməni dilində çıxan qazetlərdən heç biri bu terror aktı barədə məlumat verməyiblər. K. Dəmirçyan istintaqa hər cür maneçilik törədirmiş, lakin istitaqın təqdim etdiyi təkzibolunmaz sübutlardan sonra istintaq qrupunun qəldiyi qənaətlə razılaşmalı olub.
Bobkovun fikrinə görə, terror aktlarının təşkilində "Asala" təşkilatı da iştrak edib:
"Bu mənə Ermənistan DTK-nın sədri Yuzbaşyanın sübhəli hərəkətlərindən məlum oldu. O, hər vəchlə SSRİ DTK-sından Ermənistan SSR-da "Asala"nın nümayəndələrinin fəaliyyətləri barədə məlumatı qizlətməyə çalışırdı, partlayışların müəllifi məhz bu erməni terror təşkilatıdır".
Göründüyü kimi, biz öz çirkin məqsədləriinə çatmaq üçün terrordan yararlanan, qisas hissinin açıq psixopata çevirdiyi başıpozuq insanları toplandığı dairələrlə üz-üzəyik, onlarla çarpışırıq.
Nə yazıq ki, müasir Rusiya dövləti keçmiş SSRİ-də ilk separatizm dalğasını başladan, terroru siyasi alətə çevirmək istəyən, daha güclü sahib tapdığı təqdirdə köhnəsinə asanlıqla xəyanət edən ermənilərin əsl simasını görmür, görmək istəmir. Amma gün gələcək, intiqam almağı həyat kredosuna çevirən ermənilər "əzəli müttəfiqləri" olan ruslara elə bir zərbə vuracaqlar ki, səsi 41 il öncəki silsilə terror aktlarından bərk gələcək.
Musavat.com
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































