Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1300 nəfəri keçib.
"Report" xəbər verir ki, bu barədə krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cəlacel bildirib.
“Həcc zamanı ölənlərin sayı 1300 nəfər olub, ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib, onlardan yalnız 31 nəfərinə xüsusi viza verilib.
Nəticədə qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və yoxlama məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar. İstilər zamanı isə zəvvarlar müxtəlif səbəblərdən dünyasını dəyişiblər.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































