DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyev saxlanılıblar.
Saxlanılanların üzərindən, ev və avtomobilindən 60 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamtefamin, 8780 ədəd metadon həbi və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, T.Muradov, Ş.Qasımov və F.Əliyev “Sübhan” və “Razi” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər. Saxlanılan şəxslər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Sumqayıt şəhərində dəniz kənarından əldə etdiklərini bildiriblər. Məlumatı mia.gov.az yayıb.
Hər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. T.Muradov, Ş.Qasımov və F.Əliyev ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































