Yemelyanenko beynəlxalq turnirdə 35 saniyəyə məğlub olub - VİDEO

Yemelyanenko beynəlxalq turnirdə 35 saniyəyə məğlub olub - VİDEO

Məşhur rusiyalı döyüşçü Fyodor Yemelyanenko ABŞ-da keçirilən Bellator Qran-prisinin finalında ağır məğlubiyyətlə üzləşib.

43 yaşlı idmançı amerikalı MMA döyüşçüsü Rayan Beyderə nokautla uduzub.

Görüş cəmi 35 saniyə çəkib. Nəticədə Beyder eyni vaxtda iki çəki dərəcəsində "Bellator" çempionu olub. Onun hesabında MMA döyüşlərində 27 qələbə və 5 məğlubiyyət var.

Yemelyanenko isə 45-ci döyüşündə 6-cı məğlubiyyətlə üzləşib. Görüşlərindən 38 dəfə qalib ayrılan məşhur idmançının daha bir qarşılaşması baş tutmamış sayılıb. Əvvəllər o, "Rings", "Pride" və "M-1 Global" təşkilatlarının çempionu olub.(report)


Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az