"Force India"nın sabiq pilotu, hazırda "Mercedes"in ehtiyat yürüşçüsü Esteban Okon çıxışları arasındakı məcburi fasilələrlə bağlı məyus olduğunu etiraf edib. Fransalının sözlərinə görə, əgər 2020-ci ildə ona Formula 1-də yer olmasa, pilot digər seriyalarda çıxış etməyi sınayacaq.
S.Okon deyib: "Mən günlərin biri dünya çempionu olmaq istəyirəm. Bu, mənim məqsədim və arzumdur. Əlbəttə, 2019-cu il çempionatında iştirak etməməyimdə yaxşı heç nə yoxdur. Lakin mən əvvəlki kimi yenə də diqqətimi Formula 1-də cəmləşdirmişəm və düşünürəm ki, bu, düzgün seçimdir. Əgər 2020-ci ildə əsas pilot yeri tapa bilməsəm, hansısa digər yerə keçə bilərəm, çünki mənə trasda işləməyi davam etdirmək lazımdır.
2019-cu ilin planlarına gəldikdə, mən hər mərhələdə iştirak edəcəyəm. Mənim bir və ya iki mərhələyə qayıda biləcəyim təqdirdə bütün baş verənlər barədə məlumatım olmalıdır. Heç vaxt bilmək olmaz ki, gələcək nə hazırlayır". (azərtac)
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














