İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib.
Turun gözlənilməz hesabı Madriddə yerləşən "Santiaqo Bernabeo" stadionunda qeydə alınıb. Həmin görüşdə "Real Sosyedad" "Real Madrid" klubunun qonağı olub. Oyunda hesabı erkən qolla qonaqlar açıb. Cərimə meydançasında Kazimironun qayda pozuntusunu görə hakim "kral" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Viliam Xose fürsəti əldən verməyib - 0:1. Qoldan sonra hücumların kəsərini artıran Madrid təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, birinci hissədə hesab dəyişilməyib.
Gərgin idman şəraitində keçən görüşün ikinci hissəsinin 61-ci dəqiqəsində "Real Madrid"in hücumçusu Lukas Vaskes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Azlıqda qalan meydan sahibləri oyunun 83-cü dəqiqəsində qapısında ikinci dəfə qol görüb. Vilyam Xosenin ötürməsini Ruben Pardo dəqiq zərbə ilə tamamlayıb - 0:2. Bu da oyunda son qol olub. Beləliklə, "Real Madrid" cari mövsümdə altıncı məğlubiyyətini qazanıb.
Madrid təmsilçisinin əsas rəqibi sayilan turnir cədvəlinin hazırkı lideri "Barselona" səfərdə 7-ci yerdə qərarlaşan "Xetafe" komandasının qonağı olub. Görüş kataloniyalıların 1:2 hesablı qələbəsi ilə başa çatıb. "Barselona" klubunun heyətində Lionel Messi (20) və Luis Suares (39) fərqlənib. Meydan sahiblərinin isə yeganə qoluna Jaime Mata (43) imza atıb.
Turun mərkəzi qarşılaşması isə "Ramos Sançes Pizjuan" stadionunda oynanılıb. Cari mövsüm yaxşı oyunu ilə diqqət çəkən "Sevilya" doğma meydanda "Atletiko Madrid" klubu ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib (1:1).
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Levante" - "Jirona" - 2:2;
"Espanyol" - "Leganes" - 1:0;
"Real Vallyadolid" - "Rayo Vallekano" - 0:1;
"Deportivo Alaves" - "Valensiya" - 2:1;
"Hueska" - "Real Betis" - 2:1;
"Eybar" - "Villyareal" - 0:0.
Qeyd edək ki, tura yanvarın 8-də baş tutacaq "Selta" - "Atletik Bilbao" oyunu ilə yekun vurulaca
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































