Madridin "Real" futbol klubu "Mançester Siti"nin yarımmüdafiəçisinin transferini elan edib.
"Report" xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı bildirib.
Məlumata görə, İngiltərənin "Mançester Siti" fubol komandasının yarımmüdafiəçisi Braim Dias karyerasını ispan klubunda davam etdirəcək.
19 yaşlı ispan futbolçusu "qaymaqlar"la 2025-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalayacaq. Dias bu gün tibbi yoxlamadan keçəcək. Bundan sonra o, "Santyaqo Bernabeu" stadionunda "Real"ın yeni oyunçusu kimi təqdim ediləcək.
Daha əvvəl bildirilib ki, Diasin "Mançester Siti" ilə qüvvədə olan razılaşması yayda başa çatır. Ancaq "Real" oyunçunu yayda pulsuz əldə əldə etmək imkanını gözləmədən indi saziş bağlamaq istəyib.
Transferin məbləği 15 milyon avro təşkil edəcək. Amma məbləğ bonusların hesabına daha 7,3 milyon avro da arta bilər.
Qeyd edək ki, Madrid "Real"ının qapıçısı Keylor Navas da klubla müqaviləsini 2021-ci ilin iyununa qədər uzadıb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














