Çempionlar liqasında qrup mərhələsi oyunlarına yekun vurulub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, növbəti mərhələyə sonuncu vəsiqənin sahibi "Lion"-Şaxtyor oyununda məlum olub. Səfərdə donetsklilərlə 1:1 bərabərliyə qalan lionlular növbəti mərhələyə adlayıblar. Ukrayna komandası isə mübarizəni Avroliqada davam etdirəcək.
Moskvanın SSKA komandası birinci oyunda evdə olduğu kimi səfərdə də "Real" Madridə qalib gəlib. Bu dəfə rusiyalılar rəqiblərinə 3:0 hesabı ilə qalib gəlsələr də bu, onlara Avroliqaya vəsiqə qazanmağa imkan verən 3-cü yeri tutmağa yardım edə bilməyib. Belə ki, "Yanq boyz" komandası öz meydanında "Roma"ya 2-1 hesabı ilə qalib gələrək Avroliqada oynamaq hüququ əldə edib.
Beləliklə Çempionlar Liqasında növbəti mərhələdə bu komandalar oynayacaqlar:
"Bavariya", "Borussiya" (Dortmund),"Şalke" ( Almaniya), "Barselona", "Real", "Atletiko" (hamısı İspaniya), "Yuventus", "Roma" (hər ikisi İtaliya), PSJ, "Lion" (hər ikisi Fransa), "Porto" (Portuqaliya), "Ayaks" (Hollandiya)"Mançester Siti", "Mançester Yunayted", "Tottenhem", "Liverpul" (hamısı İngiltərə).
Çempionlar liqasında 3-cü yeri tutan bu komandalar isə Avroliqada top qovacaqlar:
"Benfika" (Portuqaliya), "Valensiya" (İspaniya), "Viktoriya" (Çexiya), "Şaxtyor" (Donetsk, Ukrayna) "Napoli", "İnter" (hər ikisi İtaliya), "Qalatasaray" (Türkiyə), "Brügge" (Belçika).
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir






























.jpg)
.jpg)










.jpg)













