"Yuventus"un hücumçusu Kriştiano Ronaldonun bacıları Elma və Katya Aveyru "Qızıl top" mükafatı uğrunda mübarizədə ikinci olan qardaşlarına dəstək nümayiş etdiriblər.
Onların hər ikisi sosial şəbəkələrdə Ronaldonun şəklini paylaşaraq mükafata məhz portuqaliyalı superulduzun layiq olduğunu bildiriblər.
Elma futbolda haqq-ədalət görmək istədiyini yazıb: "Təəssüf ki, futbol dünyası mafiya və lənətə gəlmiş pula görə xəstələnib. Mənim kimi bir çoxları da ədalət görmək istəyir. Tanrının qüdrəti bu çürük təfəkkürlülərdən böyükdür. O, tələsməyə bilər, amma heç vaxt yanılmaz".
Katya isə Ronaldonu dünyanın ən yaxşısı adlandırıb: "Futboldan başı çıxanlar üçün Ronaldo dünyanın ən yaxşı oyunçusudur. Futbolun gələcəyi məni narahat edir".
Qeyd edək ki, "Qızıl top" mükafatını bu dəfə Xorvatiya millisi və "Real"ın yarımmüdafiəçisi Luka Modriç qazanıb.(qol.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































