Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq.
İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Tədbirdə Azərbaycanı AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Könül Mehtiyeva və AFFA-nın İnfrastruktur direktoru, Avroliqa-2019-un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə koordinatorunun müavini Kamran Vəliyev təmsil edəcək.
UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.
AVRO-2020-nin səbətləri
Mİllətlər Liqası səbəti:
İsveçrə, Portuqaliya, Hollandiya, İngiltərə
1-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya, Xorvatiya, Polşa
2-ci səbət: Almaniya, İslandiya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Rusiya, Avstriya, Uels, Çexiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Bolqarıstan, İsrail
4-cü səbət: Macarıstan, Rumıniya, Yunanıstan, Albaniya, Monteneqro, Kipr, Estoniya, Sloveniya, Litva, Gürcüstan
5-ci səbət: Makedoniya, Kosovo, Belarus, Lüksemburq, Ermənistan, AZƏRBAYCAN, Qazaxıstan, Moldova, Cəbəllütariq, Farer adaları
6-cı səbət: Litva, Lixtenşteyn, Andorra, Malta, San Marino
AVRO-2020-nin seçmə mərhələsinin ilk turu 21 mart 2019-cu ildə başlanacaq.
1-ci tur: 21 - 23 mart
2-ci tur: 24 - 26 mart
3-cü tur: 7-8 iyun
4-cü tur: 10-11 iyun
5-ci tur: 5 - 7 sentyabr
6-cı tur: 8 - 10 sentyabr
7-ci tur: 10 - 12 oktyabr
8-ci tur: 13 - 15 oktyabr
9-cu tur: 14 - 16 noyabr
10-cu tur: 17 - 19 noyabr
Hər qrupda ilk 2 yeri tutmuş komandalar final mərhələsinə yüksələcəklər. AVRO-2020-yə son 4 vəsiqəni isə UEFA Millətlər Liqasında qrup qalibləri olan komandalar 4 liqa üzrə müəyyənləşdirəcəklər. Pley-off oyunları 2020-ci il 26 - 28 martda, final qarşılaşmaları isə 29 - 31 martda olacaq.
AVRO-2020-nin final mərhələsinin püşkü 1 dekabr 2019-cu ildə atılacaq. Həmin vaxt Millətlər Liqasından vəsiqələrin sahibləri müəyyənləşməyəcəyindən, onlar 1 - 4 pley-offlarının qalibləri kimi adlandırılacaqlar.
Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək. Report
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































