UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Kosovonun qonağı olacaq Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov matçöncəsi mətbuat konfransı keçirib.
46 yaşlı mütəxəssislə yanaşı, millimizin kapitanı Maksim Medvedev (M.M.) də iştirak edib.
- Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib oyundu. İlk gündən bu rəqibə böyük qiymət vermişdim. Futboçularının ustalıq səviyyəsi yüksəkdi. Ancaq komandama inanıram və komandam hazırdı.
- (M.M.) Rəqib yaxşı komandadı. Həlledici oyundu. Meydançaya qələbə üçün çıxacağıq.
- Sizdən öncə Kosovonun baş məşqçisi Azərbaycanı favorit gördüyünü bildirdi. Özü də ilk turdan belə düşündüyünü bildirdi. Bəs, siz necə düşünürsünüz?
- Rəqib məşqçiyə təşəkkür edirəm. Xatirinizdədirsə, mən də Kosovo yığması haqda yalnız xoş sözlər bildirmişdim. Bu gün bunu təkrarlamayacam. Sabahkı matçda Kosovonun azarkeş sarıdan da, xal baxımından da üstün olduğunu bilirik. Farer adaları ilə görüşdən sonra da bura qələbə arxasınca gəldiyimizi demişdim. Ancaq mənim üçün ən önəmlisi futbolçuların xarakter göstərməsi, nəticə üçün ən düzgününü etmələridi. Bütün dediklərim alınsa, uğur tərəfimizdə olacaq. Hazırda elə bir fikrim yoxdu ki, Kosovodu favorit, yoxsa Azərbaycan.
- (M.M.) Kosovo bizdən 2 xal öndədi. Ancaq bizim üstünlüyümüz birlikdədi.
- Millimiz cütlü oyunlardan birincisini daha uğurlu keçirir. Bu dəfə necə, fiziki cəhətdən 2-ci oyuna gücünüz çatacaqmı?
- Ola bilər yorğunluq olsun. Ancaq bu barədə düşünmürük. Ancaq biz də, rəqib də eyni proqramla oynayıb. Amma bəzi amillər bizdə üstün olmalıdır ki, qalib gələk. Heç bir maneə bizə mane olmamalıdı. 90 dəqiqə ərzində lazım olanları etməliyik.
- Rəqib nə qədər hücum edəcəyini bildirsə də, aydındır ki, Kosovo müdafiədə oturacaq. Millimizin bu cür müdafiə redutlarını yarmaq potensialı varmı?
- Bu komanda hücumameylli oynayır. Üstəlik, evdə oynayırlar. Hər bir halda təcrübəli baş məşqçiləri var. Daha düzgün qərarı o, verə bilər. Əlbəttə, biz də hücumda oynamağa çalışacağıq. Əsas bizim hücumda oynamağımızdı. Nə qədər təzyiq göstərə bilsək, onlar bir o qədər müdafiəyə oturacaqlar. Ancaq bir daha qeyd edirəm ki, Kosovonun hücum potensialı daha çoxdu.
- Son oyunda Kosovo səfərdə 5:0 qalib gəlib. Bildiyiniz kimi, sabah da anşlaq yaşanacaq. Sabahkı görüşdə meydan sahiblərinin hücumlarına qarşı hansı məlhəmləri tapmısınız?
- Bütün oyunlarda Kosovonun hücum potensialının şahidi olmuşuq. Həmişə futbolçularıma demişəm ki, hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. Sabahkı matçda müdafiədə daha diqqətli olmalıyıq. Hər bir halda, çalışmalıyıq ki, rəqibin hücumlarının sayı az olsun.
- Pavel Paşayevin vəziyyəti nə yerdədi? Ümumiyyətlə, zədədən başqa kimsə əziyyət çəkirmi?
- Pavellə bağlı son qərar sabah veriləcək. Kamran Ağayevin oynamayacağı isə əvvəlcədən bilinirdi. Qalan futbolçularda mikrozədələr olsa da, ciddi problem görmürəm. Bütün hallarda, məni zədələr yox, sabahkı görüş düşündürür. Çünki heyətdəki uşaqların hər birini əminliklə meydana buraxa bilərəm. Olduqca istəkli, həvəslidirlər.
- Farer adaları ilə oyundakıyla müqayisədə, çoxmu dəyişiklik gözlənilir? Yeri gəlmişkən, Kamran Ağayev bu gün "CBC Sport"un efirində ağlayaraq, komandaya dəstək olduğunu və lazım olsa, bir ayaqla da qapını qorumağa hazır olduğunu bildirib.
- Düşündüyüm heyət bəllidi. Ancaq hələ vaxtımız var. Həkimlərlə də məsləhətləşəcəyik. Üstəlik, hələ 2 məşqimiz var. Kamran Ağayevi də yanımızda görmək istəyərdik. Efir vasitəsi ilə istəklərini göndərdiyi üçün təşəkkürümü bildirirəm. Hamımız bir kollektivik. Kamrana tezliklə zədəsini sağaltmağı arzulayıram.
- Maksim, bu matç sənin üçün ən məsuliyyətli oyundurmu?
- (M.M.) Doğru qeyd etdiniz. Çox məsuliyyətli oyundu. Ancaq komandamızda yetərincə təcrübəli futbolçu var. Sabah gərginlikdə yox, sərbəst oynamalıyıq. Bəli, məsuliyyət böyükdü, ancaq soyuqqanlı oynamalıyıq.( sport24az)
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































