Futbol üzrə Millətlər Liqasının 5-ci turunun növbəti oyunları keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Azərbaycan öz meydançasında Farer adaları yığmasına 2:0 hesabı ilə qalib gəlib. Topları rəqib qapısından oyunun 18-cü dəqiqəsində Dmitri Nazarov, 28-ci dəqəiqəsində isə Mahir Mədətov keçirib. Kosovo yığması isə səfərdə Maltanı 5:0 hesabı ilə darmadağın edib. Azərbaycan yığması növbəti mərhələyə yüksəlmək üçün səfər oyununda ondan iki xal çox yığan Kosovo yığmasına hökmən qalib gəlməlidir. Bu isə heç də inandırıcı görünmür. Türkiyə yığması isə öz meydanında İsveçə 0:1 hesabı ilə məğlub olaraq daha aşağı səviyyəli G liqasına yuvarlanıb. Turun digər oyunlarının nəticələri belədir:
17 noyabr 2018
Millətlər Liqası
5-ci tur
"A" Liqası, 3-cü qrup
İtaliya - Portuqaliya - 0:0
1. Portuqaliya - 7
2. İtaliya - 5
3. Polşa - 1
"B" Liqası, 2-ci qrup
Türkiyə - İsveç - 0:1
QOL: Qranqvist, 70 (0:1)
1. Rusiya - 7
2. İsveç - 4
3. Türkiyə - 3
"C" Liqası, 1-ci qrup
Albaniya - Şotlandiya - 0:4
QOLLAR: Fraser, 14 (0:1); Fletçer, 45+2/p. (0:2); Forrest, 55 (0:3); Forrest, 67 (0:4)
1. İsrail - 6
2. Şotlandiya - 6
3. Albaniya - 3
"C" Liqası, 4-cü qrup
Serbiya - Monteneqro - 2:1
QOLLAR: Lyayiç, 30 (1:0); Mitroviç, 32 (2:0); Muqoşa, 70 (2:1)
Rumıniya - Litva - 3:0
QOLLAR: Puşkaş, 7 (1:0); Keseru, 47 (2:0); Stançiu, 65 (3:0)
1. Serbiya - 11
2. Rumıniya - 9
3. Monteneqro - 7
4. Litva - 0
"D" Liqası, 3-cü qrup
Azərbaycan - Farer adaları - 2:0
QOLLAR: Dmitri Nazarov, 18 (1:0); Mahir Mədətov, 28 (2:0)
Malta - Kosovo - 0:5
QOLLAR: Muriqi, 15 (0:1); Kololli, 70 (0:2); Avdiyay, 78 (0:3); Avdiyay, 80 (0:4); Raşika, 86 (0:5)
1. Kosovo - 11
2. Azərbaycan - 9
3. Farer adaları - 4
4. Malta - 2
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir































.jpg)
.jpg)










.jpg)












