Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasının X turunun növbəti görüşü keçirilib. Çempionluğa əsas namizədlərdən olan "Qalatasaray" səfərdə "Yeni Malatyaspor"la qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən matçda turnir cədvəlində üçüncü pillədə yer alan İstanbul təmsilçisi 0:2 hesabı ilə məğlub olub.
Baş hakim Halis Özkahyanın idarə etdiyi oyunda hesabı 35-ci dəqiqədə Mitçell Donaldın vurduğu qolla meydan sahibləri açıblar. İlk hissə "Yeni Malatyaspor"nın 1:0 üstünlüyü ilə başa çatıb. Fasilədən sonra "Yeni Malatyaspor" qarşılaşmanın 66-cı dəqiqəsində hesab arasındakı fərqi ikiyə çatdırıb. Bu dəfə Adem Büyük penalti zərbəsini dəqiq yerinə yetirib.
Hesabında 19 xal olan "Qalatasaray" komandası üçüncü sırada qərarlaşıb. Eyni xala malik olan "Kasımpaşa" isə top fərqinə görə turnir cədvəlində ikinci yeri tutur. "Başakşəhər" komandası 21 xalla çempionatın vahid lideridir. "Antalyaspor" 17 xalla dördüncü, "Trabzonspor" 15 xalla beşinci pillədədir.
Ötən gün oynanılan "BŞB Ərzurum" - "Kasımpaşa" (1:1) və "Antalyaspor -"Trabzonspor" (1:1) qarşılaşmalarında qalib müəyyənləşməyib. "Konyaspor" – "Başakşehir" matçında isə qonaqlar üstün olublar - 0:1.
Bu gün keçirilmiş digər görüşdə "Kayserispor" komandası "Sivasspor"a 2:0 hesabı ilə qalib gəlib.
Tura oktyabrın 29-da oynanılacaq "Beşiktaş" – "Rizespor" və "Akhisarspor" – "Göztəpə" matçları ilə yekun vurulacaq.
"Qalatasaray" növbəti turda noyabrın 2-də əzəli rəqibi "Fənərbağça"nı "Türk Telekom" stadionunda qəbul edəcək.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





.jpg)





























.jpg)
.jpg)










.jpg)







