UEFA Çempionlar Liqasının üçüncü turuna iki oyun ilə start verilib.
E qrupunda yer alan Yunanıstanın AEK klubunun komandası doğma meydanda Almaniyanın "Bavariya" komandasını qəbul edib. İlk dəqiqələrdən rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yaradan "Bavariya" bir neçə əlverişli imkanı əldən verib. Fasiləyə qədər hesab dəyişilməyib.
Qarşılaşmanın ikinci hissəsində almanlar hesabı açmağa nail olub. Matçın 61-ci dəqiqəsində Xavyer Martinez adını tabloya yazdırıb - 0:1. Qoldan iki dəqiqə sonra "Bavariya" hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Rafinyanın cinah ötürməsini komandanın əsas qol silahı sayılan Robert Levandovskiy dəqiq zərbə ilə tamamlayıb - 0:2. Qalan dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Turun digər açılış matçında İspaniyanın "Valensiya" klubunun komandası səfərdə İsveçrənin "Yanq Boyz" komandasının qonağı olub. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb. Meydan sahiblərinin heyətində Goran Hoarau, qonaqların isə Mişi Batşuayi fərqləniblər.
"Ayaks"(Hollandiya) - "Benfika" (Portuqaliya) - 1:0
"Hoffenhaym" (Almaniya) - "Lion" (Fransa) - 3:3
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Mançester Siti" (İngiltərə) - 0:3
"Real Madrid" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya) - 2:1
"Roma" (İtaliya) - MOİK (Moskva, Rusiya) - 3:0
"Mançester Yunayted" (İngiltərə) - "Yuventus" (İtaliya) - 0:1
Axar.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür





.jpg)





























.jpg)
.jpg)










.jpg)







