Texniki səhv "Qarabağ"a məğlubiyyət gətirdi

Texniki səhv "Qarabağ"a  məğlubiyyət gətirdi

"Qarabağ" klubuna "Səbail"lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIII tur matçı ilə əlaqədar texniki məğlubiyyət veriləcək.

Buna səbəb Ağdam komandasının oyun zamanı adı protokolda olmayan futbolçunu meydana buraxmasıdır. Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətlərdə Abbas Hüseynovun adı göstərilməyib. Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.

Bu haqda "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovda oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

"Əlbəttə, bütün məşqçilər, hakimlər və klub heyəti protokola baxmalıdır. Bəlkə kənar adam gəlib oturub. Əlbəttə, ən böyük səhv özümüzdədir. Biz səhv etmişik. Bundan sonra köməkçilər daha diqqətli olacaqlar. İstəmərəm ki, digər klublarda da belə hallar yaşansın. Fikrimcə, hakimlər də diqqətli olsalar, hamıya kömək etmiş olarlar. Futbolçular 90 dəqiqə əziyyət çəkirlər. Məğlubiyyətin əvəzini çıxmaq olar. Onların əziyyətinə heyfim gəlir. Həm legioner, həm gənc oyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyət versinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinin tərəfdarı deyiləm".

Qeyd edək ki, görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az