"Azərbaycanda keçirilən "Formula 1" yarışları çərçivəsində ölkəmizə səfər etmiş idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara yarış zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə lazımi tədbirlər görülüb".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, "Formula 1" yarışlarında iştirak üçün ölkəyə gələn idmançılara ambulator yardımın göstərilməsi üçün yaradılan tibb məntəqəsi, habelə idmançı və qonaqlar üçün ehtiyac olduğu halda ayrılan tibb müəssisələri - Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tam hazır vəziyyətə gətirilib.
İdmançılara və qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz edilmiş təcili tibbi yardım maşınları yarış ərazisində, qonaqların yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcəklər.
Ş. Səda
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






