Cümə günü səhər Bakıda GP-2 seriyasından ilk test yürüşləri keçirilib. Bu məşqlərdə ən yaxşı vaxt nəticəsini "Racing Engineering" komandasının üzvü Norman Nato göstərib. "Russian Time" komandasının üzvü Artyom Markelov isə 12-ci yeri tutub.
A.Markelov tras barədə təəssüratlarını bölüşərək deyib: "Bakı trası çox xoşuma gəldi. Özümü inamlı hiss edirəm və düşünürəm ki, ilk beşliyə düşə biləcəyəm. Bu dəfə mən 12-ci nəticə göstərdim. Biz sürətli dövrə vurmağa və yaxşı nəticə göstərməyə çalışdıq, lakin sarı bayraqlar, yaxud virtual təhlükəsizlik avtomobili bizə daim mane olurdu. Sessiyanın ilk dəqiqələrində mən birinci idim. Sonra Marçyello məni qabaqladı. Maşının sürəti yaxşıdır, lakin parametrləri bir qədər təshih etmək lazımdır. Düşünürəm ki, komanda yoldaşımla birlikdə ilk üçlüyə düşə bilərik.
Səkkizinci və doqquzuncu döngələr arasındakı hissə maraqlıdır. Əgər kiminsə maşını bu hissədə yoldan çıxsa, onu ötüb keçmək çox çətin olacaq. Prinsip etibarı ilə bu, maraqlı trasdır və artıq mənim sevimli traslarım sırasına daxil olub".
Artyom Markelov daha sonra qeyd edib ki, Monakoda qələbədən sonra "Russian Time" komandası bu mövsüm üçün məqsədlərini yenidən nəzərdən keçirib. O deyib: "Çempionat başlanmazdan əvvəl başqa məqsədlərimiz vardı, lakin Monakoda qələbədən sonra başa düşdük ki, vəzifələri dəyişmək lazımdır. Hazırda mən ikinci yeri tuturam, Nato məndən bir xal irəlidədir, lakin bu il titul uğrunda mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik.
Ş.Səda
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































