"Formula 1" Avropa Qran Prisi yarışması ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ümumilikdə 42 tibbi briqadası hazır vəziyyətdədir.
Bu barədə Stansiyanın əməliyyat və qospital şöbəsinin təşkili üzrə baş həkimi Bənövşə Quliyeva bildirib.
B.Quliyevanın sözlərinə görə, ayrılan briqadaların 12-si trasda fəaliyyət göstərəcək. Tamaşaçılar üçün 15 briqada nəzərdə tutulub ki, onlardan 6-sı tibbi maşınlarda, 9-u nəzərdə tutulan tibbi məntəqələrdədir.
B.Quliyeva onu da bildirib ki, yerüstü keçidlərdə, "Sahil", "İçərişəhər" metrostansiyaları ətrafında, M. F. Axundov adına Milli Kitabxananın yanında, İstiqlaliyyət küçəsində, Monolitdəki yerüstü keçidlərdə də təcili tibbi yardım maşınları dayanıb.
"Park Bulvar"da, Kukla teatrının, Xalça muzeyinin yanında, Qız qalası ətrafında, Azneft dairəsində, "İçərişəhər" - "Four Seasons" otel ətrafında da tibbi məntəqələr fəaliyyət göstərir.
Nihad Axundov
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






