Avro-2016: Lill iğtişaşlarına görə 36 nəfər həbs olunub - FOTOLAR

Avro-2016: Lill iğtişaşlarına görə 36 nəfər həbs olunub - FOTOLAR

Avro 2016 turniri çərçivəsində Lille-də Fransa polisi ilə futbol fanatları arasında baş verən təkrar toqquşmada azı 36 nəfər həbs olunub.

Fransa polisi deyib ki, həbslər çərşənbə günü boyunca aparılıb və 16 nəfər xəstəxanaya yerləşdirilib.

Çərşənbə günü gecəsi fişəng yandıran yüzlərlə İngilis futbol fanatlarının üzərinə xüsusi polis qüvvələri yeridilib.

BBC müxbiri Ceyms Rivell deyir ki, polislər gözyaşardıcı qazdan çox istifadə edib və cəlb olunanlar əsasən İngilis fanatları olub.

Bir müddət əvvəl, bəzi İngilis və Rusiya fanatları qarşıdurmadan sonra saxlanılıb.

Polis iğtişaşı dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Çərşənbə günü Fransa polisi ilə fanatlar arasında yenidən qarşıdurma yaranıb

İngiltərə və Uelsdən olan dəstəkçilər cümə axşamı Lens yaxınlığında keçiriləcək komanda oyununu izləmək üçün şəhərə gəlib.

Çərşənbə günü Stade Pierre-Mauroy şəhərində keçirilən komanda oyunundan sonra Rusiya və Slovakiya fanatları da Lille şəhərindədir.

Lilldə olan ingiltərəli fanat Oliver Larkuorsi, dəmiryol stansiyası yaxınlığında polisin gözyaşardıcı qazına tuş gəlib.

Toqquşmalar ilk əvvəl Lillie dəmiryol stansiyası yaxınlığında baş verib

"Mən küçənin aşağısına doğru hərəkət edən izdiham gördüm- orda İngiltərə, Slovakiya və daha çox yerli fanatlar var idi", o deyir.

"Orda stansiyanın ətrafında dayanıb sadəcə problem yaratmağı gözləyən çoxlu sayda qəzəbli Rusiya fanatları var. Bütün bunlar isə fəlakətin baş verməsini gözləyir. Bu sanki istənilən vaxt partlamağa hazır olan barıt çəlləyi kimidir."

Şənbə günü Rusiya fanatlarının İngiltərə fanatları üzərinə hücum etməsi səbəbindən Rusiya futbol komandası turnirdən şərti diskvalifikasiya edilib.

Çərşənbə günündən şəhərdə spirtli içki satışı dayandırılsa da bəzi kiçik supermarketlər satışı davam etdirib

Toqquşmalar ilk əvvəl Lilli dəmiryol stansiyası yaxınlığında baş veribImage

Toqquşmalar ilk əvvəl Lilli dəmiryol stansiyası yaxınlığında baş verib

Çərşənbə günündən şəhərdə spirtli içki satışı dayandırılsa da bəzi kiçik supermarketlər satışı davam etdirib

Gecə saatlarında İngiltərə fanatları küçələrdə fişənglər yandırıblar.

Gecə saatlarında İngiltərə fanatları küçələrdə fişənglər yandırıblar

UEFA həmçinin fanatlar tərəfindən zorakılıq olacağı halda İngiltərəni də Avro 2016-dan diskvalifikasiya etməsi ilə hədələyib.

20-41 yaş arası 6 İngiltərə fanatı, İngiltərə-Rusiya oyunu ətrafında iğtişaş yaratdığına görə bir aydan üç aya qədər həbs cəzası alıb.

Nord-Pas-de-Calais Picardy regionunun məmuru Michel Lalande deyib ki, spirtli içki qəbulu mərkəzi Lill və stadionun bəzi hissələrində qadağan olunub.

Şəhərdə spirtli içki satan mağazalar çərşənbə axşamından, yerli vaxtla 18:00-dan etibarən bağlanıb və cümə günü yerli vaxtla saat 06:00-da açılacaq, o deyib.

Buna baxmayaraq, Lilldə olan BBC-dən Geraint Ouen deyir ki, çərşənbə günü günorta saatlarında kiçik supermarketlər hələ də spirtli içki satırdı və içki küçədə aşkar şəkildə qəbul olunurdu (BBC).

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az