Avro-2016 çərçivəsində Rusiya-Slovakiya matçının bu gün keçiriləcəyi Fransanın Lil şəhərində azarkeşlər dava salmaq üçün təxribatlara əl atırlar.
Britaniyalı azarkeşlər rusiyalı futbol fanatlarını toqquşmalara təhrik etmək məqsədilə Rusiya bayrağını tapdalayıblar.
Videoda həmçinin britaniyalı fanatların yerli imkansız uşaqlara xırda pul atması, onları biri-biri ilə dalaşdırması əks olunub.
Qeyd edək ki, ötən gün UEFA Fransada keçirilən "Avro 2016" futbol çempionatında Rusiya-İngiltərə oyunundan sonra rusiyalı azarkeşlərin qanuna zidd əməlləri ilə bağlı qərarını açıqlayıb.
Rusiya yığması 150 min avro cərimələnərək şərti olaraq turnirdən kənarlaşdırılıb.
Şərti cəza o anlama gəlir ki, əgər çempionat ərzində bir daha belə hal təkrarlanarsa, Rusiya yığması "Avro 2016"dan uzaqlaşdırılacaq.
Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında 1-1 nəticələnən matçdan sonra ingilis və rus azarkeşlər arasında kütləvi dava-dalaş baş verib. Bundan başqa, Marsel şəhərində baş verən toqquşmalarda ağır yaralananlar olub.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































