Türkiyə millisinin futbolçu Əmrə Mor türk xalqının ona göstərdiyi diqqətdən məmnun qalıb.
Qol.az-ın yaydığı xəbərə görə, Xorvatiya ilə oyunda meydana çıxmaqla Türkiyə komandasının Avropa çempionatlarının bütün tarixi ərzində çıxış edən ən gənc futbolçu olan 19 yaşlı Əmrə milliyə gəldiyi ilk gündən türk xalqından özünə qarşı sevgi gördüyünü deyib:
"Məni ilk gündən sevdilər və bunu ən yaxşı şəkildə də davam etdirirlər. Mən də onlarla daha yaxşı ünsiyyət qurmaq üçün Dortmunda dönən kimi öncə türkcəni öyrənməliyəm. Buna görə də dərslərə başlayacağam".
Qeyd edək ki, Əmrə Mor 1997-ci ildə Danimarkada anadan olub. Atası türk, anası makedoniyalıdır. Türkiyə A milli komandasına çağırılına qədər Danimarkanın "Nordsjaelland" klubunda çıxış edib. Bir neçə gün əvvəl isə Dortmund "Borussiya"sı ilə 5 illik müqavilə bağlayıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































