İyunun 16-dan 25-dək Bakıda keçiriləcək boks üzrə Olimpiya təsnifat turnirində iştirak etməli olan daha bir erməni idmançı Azərbaycan paytaxtına gəlməkdən imtina edib.
Bu dəfə söhbət Çexiya münayəndəsi Erik Aqatelyandan gedir.
"Mən Ermənistanda anadan olmuşam, biz Azərbaycanla müharibə vəziyyətindəyik, mənim ora getməyim ölümümə səbəb ola bilər. Mən qorxuram, - Aqatelyan Çexiya KİV-ə belə deyib. – Olimpiada mənimçün vacibdir, amma həyat daha qiymətlidir. Ermənistan yığması da Bakıya getməkdən imtina edib".
"Bu biabırçılıqdır, - Çexiya Boks Assosiasiyasının prezidenti Svyatopluk Zaçek hiddətini gizlətmir. – Erik indi yaxşı formadadır, lakin mən onu anlayıram. Almaniya komandasında çıxış edən erməni boksçular da bu cür qərar veriblər".
Nəticədə, Çexiyanı Bakıda iki boksçu – Zdenek Hladek və Marek Vaneçek təmsil edəcəklər.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






