"Formula-1" yarışlarına hazırlıq məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasında pilotlara göstəriləcək tibbi müayinə üçün palata yaradılıb.
Bu barədə MNX-nın mətbuat katibi Aytən Fətəliyeva məlumat verib.
A.Fətəliyeva bildirib ki, bir neçə ay davam edən hazırlıq mərhələsi artıq başa çatıb: "Formula 1 ilə əlaqədar MNX-da Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin nəzdində avadanlıqlarla təchiz edilmiş xüsusi şəraitli palata yaradılıb. Palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb. Həmçinin MNX-nın digər müvafiq şöbələrin palatalarında hazırlıq işləri tamamlanıb".
Mətbuat katibi onu da əlavə edib ki, xəstəxanada "Alarm" mərkəzi yaradılıb, hazırda təcili yardımın necə göstərilməsi ilə bağlı təlimlər keçirilir: "Eyni zamanda MNX-nin cərrah, neyro-cərrah, travmatoloq, torokal, plastik cərrahlar, həmçinin orta tibbi personal hazırlıq təlimlərindən keçirlər".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






