Azərbaycan idmanının üzqarası: 8 illik diskvalifikasiya

Azərbaycan idmanının üzqarası: 8 illik diskvalifikasiya

Azərbaycanın ağır atletika üzrə yığma komandası dopinqdən istifadəyə görə ağır cəza alıb. Noyabr ayında ABŞ-da keçirilən dünya çempionatının nəticələrinə görə, Azərbaycanın 6 nəfər atleti diskvalifikasiya olunub.

Bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qəbul edib.

Elxan Əliquluzadə nandrolondan istifadəyə görə 8 il, Silviya Anqelova dehidroxlorometil-testosteron və nandrolondan istifadəyə görə 8 il, Dadaş Dadaşbəyli (digərlərindən fərqli olaraq dopinqlə birinci dəfə yaxalanıb) nandrolon və bandelondan istifadəyə görə 4 il, Firidun Quliyev nandrolonun qəbuluna görə 8 il, Valentin Xristov nandrolonun qəbuluna görə 8 il, İntiqam Zairov dehidroxlorometil-testosteron və nandrolonun qəbuluna görə 8 il müddətinə yarışlardan kənarlaşdırılıblar.

Xatırladaq ki, 2015-ci ilin dekabr ayında "A" növlü dopinq-testin nəticələri üzə çıxmışdı, indi isə "B" növlü dopinq-test aparılıb və təəssüf ki, nəticə müsbət olub.

Ən kədərlisi isə 2012-ci il Olimpiya oyunlarında gümüş medal qazanmış Valentin Xristovun kənarlaşdırılması olub. Çünki bu idmançının 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında medal qazanacağına ümid çox idi. 2015-ci il dünya çempionatı zamanı o 2 gümüş medala layiq görülmüşdü və Rioda keçiriləcək Olimpiadada da mükafata əsas namizədlərdən biri hesab olunurdu.

Bundan başqa, bir müddət əvvəl məlum olub ki, Xristov, Boyanka Kostova və İntiqam Zairov 2013-ci ildə Londonda keçirilən Olimpiya oyunlarında aparılan dopinq-test zamanı da "ilişiblər". Bu o deməkdir ki, böyük ehtimalla biz Rioda keçiriləcək oyunlarda dünya və Avropa çempionu Boyanka Kostovadan da məhrum ola bilərik. İdmançı 4 illik diskvalifikasiya ala bilər.

Azərbaycan ağırlıqqaldıranları birinci dəfə deyil ki, kütləvi kənarlaşdırmaya məruz qalırlar. Bunu nəzərə alsaq, ağır atletika üzrə yığma komandamız 4 ədəd lisenziya əldə etdiyi qarşıdakı Olimpiadaya ümumiyyətlə buraxılmaya bilər. (Virtualaz)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az