Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların ikinci qarşılaşması keçirilib.
Oyun gününün son görüşündə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkib. Marselin "Velodrom" stadionunda keçirilən gərgin oyun 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Matçın 73-cü dəqiqəsində Eric Dayer cərimə zərbəsindən vurduğu qolla hesabı aça bilib. Lakin, rusiyalı futbolçu Denis Qluşakov oyunun 90+2-ci dəqiqəsində cavab qolu ilə hesabı bərabərləşdirməyə nail olub.
Qeyd edək ki, B qrupunun ilk qarşılaşmasında Uels Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.
Rusiya millisi iyunun 15-də keçiriləcək növbəti matçda Slovakiya ilə, İngiltərə yığması isə həmin gün Uels komandası ilə görüşəcək.
Avropa çempionatı
Qrup mərhələsi
11 iyun
B qrupu
İngiltərə - Rusiya - 1:1
Qol: Erik Dayer, 73 - Denis Qluşakov, 90+2
Baş hakim: Nikola Ritsoli
Marsel. "Velodrom" stadionu
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































