Fransa prezidenti Olland: "Mən hər kəsin məsuliyyət hissinə səslənirəm"

Fransa prezidenti  Olland: "Mən hər kəsin məsuliyyət hissinə səslənirəm"

Fransa prezidenti Fransua Olland Euro 2016 futbol turniri ərəfəsində oyunların tətil aksiyası ilə pozmaq cəhdləri haqqında xəbərdar edilib.

Fransa əmək qanunvericiliyində islahatların aparılması ilə bağlı hazırda ölkə sənaye aksiyaları məngənəsindədir və dəmiryolçuların tətili cümə günü baş tutacaq açılış oyununa təsir göstərə bilər.

Dəmiryolçular Parisdən kənarda, St Denis-də yerləşən Stade de France xətti üzrə tətil keçirəcəkləri ilə bağlı təhdid edirlər.

Cümə günü stadionda Fransa və Rumınya arasında oyun keçiriləcək.

Ölkə həm də noyabr ayında baş verən bomba hücumuna görə gücləndirilmiş iş rejimindədir və regionun mərkəzi və şimali hissələrində daşqının törətdiyi dağıntıları aradan qaldırır.

'Normal deyil"

Cənab Hollande deyib ki, yarışın hər hansı qarşıdurmasız keçməsini təmin etmək üçün hamının öhdəliyi var.

"Mən hər kəsin məsuliyyət hissinə səslənirəm. Əgər hökumət bu öhdəliyi etməlidirsə - hansı ki, edəcək də- o bütün lazım olan tədbirləri görəcək", o cümə axşamı deyib.

"Həmçinin o da vacibdir ki, bu tətillərdə iştirak edən və ya bu tətili təşkil edənlər də bunun məsuliyyətini çiyinlərinə götürsün.. beləliklə, bu böyük tədbir paylaşılan məşhur festivallardan biri ola bilər."

İdman naziri Thierry Braillard həmkarlar ittifaqına müraciət edərək futbol fanatlarını da düşünməyə çağırıb.

"Tətillərin baş verməsi ehtimal olduğu dönəmdə biz futbol turnirinin başlaması ərəfəsindəyik və bu bəzi futbol fanatlarının meydana gəlməsini əngəlləyə bilər", o deyib. "Bu isə normal deyil."

Tətilçilər etiraz edir

"Əmək qanunvericiliyinin, əməyin yenidən təşkili davam edir", tətilçilər rəsmilərin çağırışlarına etiraz edir

Həmkərlar ittifaqının Parisdəki baş katibi, qatar sürücüsü, Berenger Cernon barışmaz mövqe nümayiş etdirib.

"Təqvimi müəyyənləşdirən biz deyilik", o deyib.

"Euro oyunlarının bu tarixdə keçirilməsinə biz qərar verməmişik. Burda hələ də davam edən sosial hərəkat var, əmək qanunvericiliyinin, əməyin yenidən təşkili davam edir."

"Biz istəyirik ki, kollektiv razılıq üzrə danışıqlar hər kəsə açıq olsun. Bəli, bu Euro oyunlarına mane olacaq və biz tətil etməkdə davam edəcəyik."

Parisdə təqribən 3000-nə yaxın tullantı hələ də toplanmayıb, rəsmilər məlumat verir.

Zibil qutusu dolaraq dağılan dar, döşənmiş küçədə yerləşən Latin Quarter restoranın qarsonu Zahier, AFP xəbər agentliyinə deyir: "Müştərilər küçədəki zibil qutularına baxır və görünür ki, bu onların iştahını itirir" (BBC).

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az