Tənəffüsündə yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli cümə günü 74 yaşında ABŞ-da vəfat edib.
Bu barədə "NBC News" teleşirkəti məlumat yayıb.
Əli son bir neçə günü yatdığı Finkis şəhəri (Arizona ştatı) xəstəxanalarından birində dünyasını dəyişib.
İdmançının ailə üzvlərindən biri boksçunun ölüm xəbərini Amerika telekanalına təsdiq edib. (report)
08:45
Dünən xəstəxanaya yerləşdirilmiş əfsanəvi amerikalı boksçu, 74 yaşlı Məhəmməd Əli (əsl adı - Kassius Marsellus Kley) ölüm ayağındadır.
Virtualaz.org Britaniyanın "The Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu idmançının qohumları deyiblər.
Hazırda Əli intensiv terapiya şöbəsində müalicə alır, lakin həkimlər boksçunun övladlarını xəbərdar ediblər ki, "son yaxındır". Həkimlər əvvəlcə Məhəmməd Əlinin digər xəstəxanaya nəqlini nəzərdən keçirsələr də, bunun xəstənin həyatı bahasına başa gələcəyini anlayaraq, fikirlərindən dönüblər. Son bir neçə il ərzində Məhəmməd Əli Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Əli boks üzrə mütləq dünya çempionu və 1960-cı ilin Olimpiya Oyunlarının qalibidir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































