Mayın 23-27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol üzrə çempionat keçirilib.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının stadionunda keçirilən çempionatda 17 komanda və hər komandada 12 idmançı olmaqla 204 əməkdaş iştirak edib. Komandalar 4 qrupda mübarizə aparıb, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanıb.
Finalda isə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Maddi Texniki Təchizat İdarəsinin (MTTİ) komandaları qarşılaşıb. DYMX-MTTİ-yə 4:0 hesabı ilə qalib gələrək çempion olub.
FHN-nin İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun iştirakı ilə qaliblərə kubok, medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, çempionat 28 May Respublika Gününə həsr olunub.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






