İsveçrədə keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir.
Yarışın 3-cü günündə Azərbaycan yığmasının 6 taekvondoçusu mübarizəyə qoşulublar.
Kişilər
74 kq
Dayanq üzərinə çıxan Səid Quliyev ilk cəhdində italiyalı Klaudio Tereviso ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatsa da, hakimlərin rəyi ilə mərhələni rəqib adlayıb.
Namaz Heydərov 1/16 finalda Yon Aspı (Norveç) 7:5 hesabı ilə məğlub edib. Təmsilçimiz ikinci görüşdə belçikalı Nikolas Korteni keçə bilməyib – 8:14.
80 kq
Zədədən yeni qayıdan Ramin Əzizov ilk görüşündə slovakiyalı David Saykonu 10:1 hesabı ilə yenib. Ardınca böyük britaniyalı Lutalu Məhəmmədlə qarşılaşan təmsilçimiz 0:5 hesabı ilə uduzub.
Bu çəki dərəcəsində favoritlərdən olan Milad Beiqi Harçeqani İvan Karayloviçə (Serbiya) 13:0, Lutalu Məhəmmədə (Böyük Britaniya) 13:1 və Pyotr Pazinskiyə (Polşa) 16:4 hesabı ilə qalib gələrək, finala yüksəlib. Rio Olimpiadasına lisenziya qazanan taekvondoçumuzun həlledici görüşdə rəqibi Yunus Sarı (Türkiyə) olub. Təmsilçimiz türk idmançını 5:0 hesabı ilə məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qadınlar
62 kq
Ölkəmizi bu çəki dərəcəsində təmsil edən Yaprak Eris 1/16 finaldan başlayıb. İlk görüşdə Darya Yakovleva (Ukrayna) 10:5, ardlnca Coys van Baaren (Hollandiya) üzərində 4:1 hesablı qələbə qazanan idmançımız 1/4 finalda İrem Yamana (Türkiyə) 0:8 hesabı ilə uduzub.
67 kq
Rio Olimpiadasında iştirak edəcək digər idmançımız - Fəridə Əzizova isə Avropa çempionatında özünü yaxşı tərəfdən göstərə bilməyib. Serbiyalı Nadya Savkoviçi 3:0 hesabı ilə üstələyən təmsilçimiz ardınca türkiyəli Nur Tatarla bacarmayıb – 0:1.
Qeyd edək ki, yığmamızın heyətində Patimat Abakarova (53 kq) bir gün öncə gümüş medal qazanıb. Yarışa isə sabah yekun vurulacaq.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






