Bu gün İsveçrənin Montrö şəhərində taekvondo üzrə Avropa çempionatına start veriləcək. Taekvondo Federasiyasından KİV-ə verilən məlumata görə, yığmamızın yarış üçün heyəti son anda bəlli olub.
Belə ki, kişilərdən ibarət millimizin baş məşqçisi Reza Mehmandost və qadınlardan ibarət komandamızın çalışdırıcısı Sun Mi Park yarışa qatılacaq taekvondoçuların adlarını İsveçrədə açıqlayıb.
Yığmamız yarışa Məcid Sofiyev, İlham Əliyev (hər ikisi 54 kq), Məmmədalı Quliyev (58 kq), Məhəmməd Məmmədov, Sina Bahrami (hər ikisi 63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev və Namaz Heydərov (hər ikisi 74 kq), Milad Beigi Harçeqani, Ramin Əzizov (hər ikisi 80 kq), Payam Qubadi Oğaz (87 kq) və Radik İsayevlə (+87 kq) qatılacaq.
Qadınların yarışında isə ölkəmizi İlayda Kardelen Çiftçi (46 kq), Patimat Abakarova, Gülhanım Yeşildal (hər ikisi 53 kq), Yaprak Eriş (-62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək.
Çempionata ümumilikdə 37 ölkədən 387 taekvondoçu qatılacaq.
Qeyd edək ki, yarışın ilk günündə Əliyev, Sofiyev, Quliyev və Çiftçi mübarizəyə qoşulacaq.
Mediainfo.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































