Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək, öldürülməsi ilə bağlı həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bu gün keçirilən məhkəmə prosesində Cavid Hüseynovun vəkili müdafiə çıxışı edib.
Vəkil Adəm Məmmədov müdafiə çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların saxta olduğunu söyləyib və C.Hüseynovun azadlığa buraxılmasını istəyib.
Hakim məhkəmənin mayın 5-nə təxirə salınması və Cavid Hüseynova son söz verilmsi ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, bundan əvvəlki məhkəmə prosesində prokuror futbolçuya 4 il iş istəmişdi.
Qeyd edək ki, Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Rasim Əliyevi öldürməkdə təqsirləndirilən şəxslər Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevə isə aprel ayının 1-də hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən E.İsmayılov 13 il, C.Məmmədov 11 il, A.Əliyev 12 il yarım, K.Mədətov 9 il və S.Mustafayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məlumat üçün onu da qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib. (musavat)
Mediainfo.az



Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































