Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçilərinin toplantısı keçirilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, toplantının keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı qiymətləndirməkdir.
Seminar zamanı nümayəndələrə idman tədbirlərinin keçiriləcəyi məkanlar, idman proqramları, açılış və bağlanış mərasimləri və digər təşkilati yeniliklərlə bağlı məlumat verilib.
Görüşdə çıxış edən İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) I vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri Hamad Kalkaba Malboum bildirib ki, Azərbaycan idman dünyasında böyük irsə malik bir ölkədir və IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi olaraq Azərbaycan idmançılar və tamaşaçılar üçün dünya səviyyəli bir tədbir təşkil edəcək: "Təşkilat komitəsinin oyunlara hazırlıq prosesindəki yüksək əhval- ruhiyyəsi bizi çox sevindirir və oyunlara bir il qalmasının qeyd edilməsini səbirsizliklə gözləyirik".
Azərbaycanın gənclər və idman naziri A.Rəhimov isə deyib ki, 12 gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 5000-dən çox idmançı 20 idman növündə mübarizə aparacaq: "Azərbaycanın böyük idman yarışlarını çox böyük uğurla həyata keçirdiyini nəzərə alsaq, təşrif buyuracaq nümayəndələrin ölkəmizdən xoş təəssüratlarla ayrılacağına əminik".
Qeyd edək ki, ISSF nümayəndələri Oyunların başlamasına bir il qalması münasibəti ilə təşkil olunmuş rəsmi Qala nahara qatılacaq və Oyunların açılışına geriyə sayımın başlanmasını Bakı sakinləri ilə birgə qeyd edəcəklər.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































