Rusiya Güləş İdmanı Federasiyasının (RGİF) I vitse-prezidenti Adlan Varayev çaya yıxıldıqdan sonra yoxa çıxıb.
Bu barədə TASS-a RGİF-in prezidenti Mixail Mamiaşvili açıqlama verib. O, bildirib ki, insident Varayevin vətəni olan Çeçenistanda baş verib: "Adlan hələ də tapılmayıb. Hamımız ona görə dua edirik".
Varayev Arqun dərəsindən təbiəti çəkərkən və ya "selfi" edərkən, 30-40 metr hündürlükdən çaya düşüb. Onun hadisə yerində olan maşınında bütün sənədləri aşkarlanıb.
Qeyd edək ki, Adlan Varayev olimpiya medalı qazanan ilk çeçendir. O, 1988-ci il Seul olimpiadasında sərbəst güləş yarışlarında gümüş medala sahib olub. Bundan əlavə, o, 1987-ci il dünya çempionatının qalibi, 1986-cı il mundialının gümüş mükafatçısıdır. //report
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






