Bu gün futbol üzrə Çempionlar Liqasının ikinci finalçısı müəyyənləşəcək.
Yarımfinal mərhələsinin cavab görüşündə İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Mançester Siti" kollektivi qəbul edəcək.
İngiltərədə keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alındığından, qonaqları cavab matçında qollu bərabərlik də qane edir. Madrid təmsilçisi isə adını finala yazdırmaq üçün mütləq qələbə qazanmalıdır. Oyunda qol vurulmasa, komandalar əlavə vaxtda güclünü müəyyənləşdirməli olacaq. "Real Madrid"in heyətində Kərim Benzema və Kasemiro meydana çıxmayacaq. "Mançester Siti" isə Yaya Turenin xidmətindən məhrum olub.
Qalib komanda finalda "Atletiko Madrid"lə qarşılaşacaq.
Çempionlar Liqası, yarımfinal mərhələsi, cavab oyunu
22:45. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Madrid. Santiyaqo Bernabeu
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






