Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda ölkə kubokunun 1/2 mərhələsinin ilk oyunları və Topaz Premyer Liqasının XXXIII turunun görüşlərində baş verənlər müzakirə olunub.
Kubokun "Neftçi" ilə görüşünün 84-cü dəqiqəsində qırmızı vərəqə alan Rəşad Sadiqov 1 oyun cəzalanıb, komandası "Qəbələ"ni 200 manat ziyana salıb. Həmin matçın 74-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Aleksey Qay və 86-cı dəqiqədə "Neftçi"nin üzvü Fəhmin Muradbəyliyə göstərilən sarı vərəqələrin ikisi də ləğv olunub. Buna səbəb matçı idarə edən baş hakim Əliyar Ağayevin epizodu düzgün qiymətləndirməməsidi.
Hakimlər Komitəsinə Ağayev haqda lazımi ölçü götürüb, İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.
XXXII turunun "İnter" – "Sumqayıt" matçının 27-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Kamran Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Matçın 90+1-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb və komandasını 2000 manat ziyana salıb.
"Zirə" – "Qarabağ" matçı başa çatdıqdan sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































