Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib.
Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı Z. Əgərov bildirib ki, jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən ciddi yanlışlığa yol verirlər: "Məsələn, bəzən ciddi bir mətbuat orqanında "Filan futbolçu 60 milyona satıldı", yazırlar. Və yaxud da "Filan klub filan futbolçuya neçə milyon dollar ödədi", "Filan futbolçunun qiyməti açıqlandı" və sair. Qardaşım, bu, uzaq başı müqavilənin qiyməti olar, futbolçu alınıb-satılmır axı. Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır".
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)
















.jpg)



















.jpg)






