Avropa Liqasında yarımfinal mərhələsinə start verilir

Avropa Liqasında yarımfinal mərhələsinə start verilir

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. "Report"un məlumatına görə, görüşlər Ukrayna və İspaniyada baş tutacaq.

"Şaxtyor" Lvovda İspaniyanın "Sevilya" klubunu sınağa çəkəcək. Polşalı Şimon Marçinyakın idarə edəcəyi oyuna hər iki komanda itkilərlə çıxacaq. Mirça Luçeskunun rəhbərlik etdiyi komanda Fred və Marsio Asevedonun xidmətindən məhrum olub. İspaniyalıların baş məşqçisi Unai Emeri isə Adil Rami, Benua Tremulinas, Xose Antonio Reyes və Viktor Maçin Peresin köməyindən istifadə edə bilməyəcək. Adıçəkilən bütün futbolçular zədəlidir. "Sevilya" bu mövsümdə də kuboku başı üzərinə qaldıracağı təqdirdə, Avropa Liqasında qızıl het-trik edəcək. Əvvəlki iki mövsümdə (2013/2014 və 2014/2015) əndəlüslər Avroliqanın ən güclüsü adını qazanıb.

Gecənin digər görüşündə İspaniyanın daha bir klubu "Vilyarreal" İngiltərə "Liverpul"u ilə münasibətlərinə aydınlıq gətirəcək. Ukraynada keçiriləcək matçda olduğu kimi bu oyuna da komandalar itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Leo Baptistan, "Liverpul"də isə Divok Orici, Emre Can, Cordan Henderson, Corda Rossiter, Denni İnqz və Jozef Qomez zədəlidir. Qarşılaşmanı sloveniyalı Damir Skomina idarə edəcək.

Avropa Liqası, yarımfinal mərhələsi, ilk oyunlar

23:05. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Sevilya" (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Lvov. "Lvov Arena"

23:05. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Damir Skomina (Sloveniya)

Vilyarreal. "El Madriqal" stadionu

Qeyd edək ki, cavab görüşləri mayın 5-də keçiriləcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az