Gənclər və idman naziri Azad Rəhimov aprelin 21-də Yunanıstanda keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, bu münasibətlə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos A. Rəhimovu Braziliyada keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak üçün bu ölkəyə dəvət edib.
Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanda yerləşən Olimpiya məbədindən götürülür.
A. Rəhimov eyni zamanda, aprelin 20-də Azərbaycanın Yunanıstandakı səfirliyi tərəfindən təşkil ediləcək Heydər Əliyevə həsr olunmuş kitabın yunan dilində təqdimat mərasiminə qatılacaq.
Səfər çərçivəsində A. Rəhimovun Yunanıstanın mədəniyyət və idman naziri Aristides Baltes ilə görüşü planlaşdırılır. Görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
Səfər 22 aprel tarixinədək davam edəcək.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































